Accessibility links

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur


Bu gün, noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir.

Azərbaycan bayrağı 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.

7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında deyib: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur."

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilib. Bundan sonra Azərbaycanın dövlət bayrağı Sovet Rusiyasının atributlarına uyğunlaşdırılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın üçrəngli bayrağı xaricdə immiqrant təşkilatlar tərəfindən istifadə olunub.

İkinci Dünya Müharinəsi illərində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Üçüncü Reyx tərəfdə döyüşən Azərbaycan legionu tərəfindən istifadə olunub. Azərbaycan legionunun işarəsi olaraq bayraq həm də döyüşçülərin qol embleminin üzərində əks olunub.

Prezident İlham Əliyev Şuşa dağları fonunda dövlət bayrağını paylaşıb
Prezident İlham Əliyev Şuşa dağları fonunda dövlət bayrağını paylaşıb

1956-cı il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü Xalq Cümhuriyyətinin süqutundan sonra ilk dəfə Cahid Hilaloğlu adlı şəxs tərəfindən üşrəngli bayraq Bakıda Qız Qalasının üzərinə sancılıb. Bundan sonra Hilaloğlu antisovet təbliğat və təşviqatında günahlandırılaraq 10 il həbsə məhkum edilib.

Nəhayət Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1980-cı illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin bayrağı olaraq milli azadlıq hərəkatının kütləvi tədbirlərində istifadə olunmağa başlanıb.

Üçrənglii bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən isə hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bu gün, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Günü ilə əlaqədar Facebook və Twitter səhifələrində paylaşım edib.

Prezident ötənilki 44 günlük hərbi əməliyyatlar zamanı Azərbaycanın nəzarətinə qaytarılan Şuşa dağlarının fonunda Dövlət bayrağının görüntüsünü paylaşıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG