Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirliyin rəsmi məlumatına görə oktyabrın 9-da Azərbaycanda Daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb.
Məlumata görə , 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Distant təhsilə keçmiş siniflərin sayı isə 7 olub.
Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 2, siniflərin sayı 36 olub.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Həmin vaxtddan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.
Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilib.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.
Sentyabrın 14-də Bakıda metronun hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.