Accessibility links

Azərbaycanda daha 27 nəfər COVID-19-a yoluxub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 291 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 038 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 023, ötən müddət ərzində isə ümumilikdə 3 644 912 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 742 min 867-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 783 min 506, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 959 min 361 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

XS
SM
MD
LG