Accessibility links

Azərbaycanda daha 41 koronavirusa yoluxma faktı qeydə alınıb


“Bu gün Azərbaycanda daha 41 nəfər koronavirus infeksiyasına yoluxub”.

Bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, virusa yoluxanlardan 8-nin vəziyyəti ağır, 11-nin isə orta ağırdır. Digərlərinin vəziyyəti normaldır. Bu gün rəqəm dəyişə bilər.

Məmmədov gün ərzində rəqəmlərin dəyişə biləcəyini də bildirib.

Rəsmi məlumata görə, ümumilikdə Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 400 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

XS
SM
MD
LG