Accessibility links

Azərbaycanda daha iki nəfərdə koronavirus aşkarlanıb


İrandan qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə martın 9-da Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edir, səhhətləri stabildir.

“Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin vəziyyəti stabildir,” opertiv qərargah bildirir.

Bununla Azərbaycanda 11 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanların hamısı İrandan gəlib. Karantinə yerləşdirilmiş 500 şəxsin əksəriyyəti də son həftələrdə İrandan gələnlərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG