Accessibility links

"Azərbaycanda dinc etirazlar və işgəncə" - Vaşinqtonda diskussiya


"Azərbaycanda dinc etirazlar və işgəncə" - Vaşinqtonda diskussiya
please wait

No media source currently available

0:00 0:06:35 0:00

"Azərbaycanda dinc etirazlar və işgəncə" - Vaşinqtonda diskussiya

Cümə axşamı Vaşinqtonun Milli Mətbuat Klubunda təşkil olunan “Azərbaycan: Dinc etirazlar və işgəncə” başlıqlı diskussiyanın panelistləri Milli Şura sədri Cəmil Həsənli, Amnesty International təşkilatının nümayəndəsi Daniel Balson və ABŞ-da qərargahlanan jurnalist Sevinc Osmanqızı Azərbaycanda siyasi azadlıqların durumunu və mövcud atmosferi müzakirə ediblər. Azərbaycanda siyasi basqıların və müxalif fikirli insanlara qarşı fiziki zorakılıqların intensivləşdiyini təsvir edən müzakirəçilər ABŞ hökumətini insan haqlarının pozulmasında əli olan Azərbaycan rəsmilərinə qarşı ölçülər tətbiq etməyə çağırıblar.

Tədbiri giriş sözü ilə açan moderator Ələkbər Raufoğlu diqqəti 19 oktyabrda toplaşma azadlığının pozulmasına çəkdi.

“Azərbaycan lobbiçiləri Vaşinqtonda hökuməti xaos qarşısında duran maneə kimi təsvir ediblər. Ancaq son həftələrdə baş verən xaosun arxasında hakimiyyət özü dayanırdı,” deyə Raufoğlu ölkədə dinc nümayişlərin zorakılıqla dağıdıldığını qeyd etdi.

Bu gün Azərbaycanda müxalifət siyasətçisi olam olduqca təhlükəlidir.
Cəmil Həsənli

Amnesty International təşkilatının nümayəndəsi Daniel Balson çıxışına oktyabr 19 və 20-də nümayişlər və onların polis tərəfindən dağıdılmasını nəql etməklə başladı.

Balson diqqəti nümayişlərin dinc xarakterinə və onların Amerika cəmiyyəti ilə paylaşdığı müştərək dəyərlərə çəkdi.

ABŞ səfirliyinin nümayişlərdə zorakılıqlarda əli olan adamların cavabdeh tutulmasına çağırışını alqışlayan Balson bunun kifayət olmadığını söylədi.

O, əlavə etdi ki, Dövlət Departamenti Azərbaycanda siyasi azadlıqların pozulduğunu dərk edir və onun hesabatlarında da bu, yer alır.

“Biz yüksək rütbəli ABŞ rəsmilərinin bu pozuntular haqda Vaşinqtonda yüksək podiumlarda, Azərbaycan rəsmiləri ilə görüşlərdə danışmasını istəyirik,” o dedi.

Balsonun sözlərinə görə, ABŞ rəsmilərinin verdiyi bəyanatlarla yürüdülən siyasət bəzi hallarda üst-üstə düşmür.

Amerika rəsmiləri Azərbaycan rəsmilərinə fundamental hüquqlara hörmət etmək üçün təzyiq göstərməlidirlər, deyə Amnesty International təşkilatının təmsilçisi fikrini tamamladı.

Milli Şura sədri Cəmil Həsənli Azərbaycanda İlham Əliyev hökumətinin repressiyasının yeni yüksəkliklərə qalxdığını bildirdi. O, AXCP sədri Əli Kərimli, Milli Şura üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimliinin işgəncələrə məruz qaldığını xüsusi qeyd etdi.

“Bu gün Azərbaycanda müxalifət siyasətçisi olam olduqca təhlükəlidir.”

Polis şöbələrinin işgəncə laboratoriyalarına çevrildiyini vurğulayan Həsənli hazırkı hakimiyyətin dönəmində yüzlərlə adamın polis nəzarətində həyatını itrdiyini qeyd etdi.

“Beynəlxalq ictmiayyət nə vaxt qatillərə və işgəncə verənlərə sanksiyalar tətbiq edəcək?” deyə Həsənli sual etdi.

"Bu gün Azərbaycanda qarantiya yoxdur ki, sən etiraz aksiyasına çıxsan həbs edilməyəcəksən, və yaxud döyülməyəcəksən,” deyə jurnalist Sevinc Osmanqızı Azərbaycanda toplaşma azadlığına qoyulan məhdudiyyətlərin dərəcəsini təsvir etdi.

Müxalifət liderlərinin işgəncələrə məruz qaldığını vurğulayan jurnalist Azərbaycanda fikir ayrılığına qarşı mübarizədə hələ də KQB metodlarından istifadə olunduğunu söylədi.

"Azərbaycan: Dinc nümayişlər və işgəncə" diskussiyası. Vaşinqton. ABŞ. 31 oktyabr, 2019.
"Azərbaycan: Dinc nümayişlər və işgəncə" diskussiyası. Vaşinqton. ABŞ. 31 oktyabr, 2019.

Milli Şuranın 19 oktyabr mitinqindən əvvəlki günlərdə və aksiya zamanı yüzlərlə fəal saxlanılıb. Onlarla fəal inzibati qaydada və bir fəal cinayət ittihamı ilə həbs edilib.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyası məlumat yayıb.

30-dək AXCP fəalı, o cümlədən AXCP sədrinin müavini Seymur Həzi, İlham Hüseyn və AXCP gənclər təşkilatının sədri Emil Səlim inzibati qaydada 15 gündən 60 günə qədər həbs edilib.

19 oktyabr mitinqinin keçirildiyi zaman hələ oktyabrın 18-də saxlanılmış daha üç nəfər inzibati həbs cəzası çəkirdi.

Bundan başqa, AXCP fəalı Paşa Ümidova Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə cinayət ittihamı irəli sürülüb.

Digər fəallar qısa müddətlik saxlanılıb və onlara mitinqdə iştirakın yolverilməz olduğu barədə xəbərdarlıq edilib.

Müsavat Partiyasının məlumatına görə, mitinqlə bağlı bu qurumun 36 fəalı saxlanılıb. Onlardan 3 nəfəri inzibati həbsə məhkum edilib, digərləri isə xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Partiyalar 19 oktyabr mitinqində iştiraka görə saxlanılanların və həbs edilənlərin tam siyahısının dəqiqləşdirilməkdə olduğunu bildirib.

AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqub saxlanılarkən
AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqub saxlanılarkən

Həbs edilənlər arasında Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu, keçmiş siyasi məhbus Rüfət Səfərov da var.

Partiyaların mətbuat xidmətləri saxlanılanların AXCP lideri Əli Kərimli kimi fiziki zorakılığa məruz qoyulduğundan ehtiyatlanır.

Bakı Şəhər Baş Polis İdarəsi məlumatında isə deyilir ki, Milli Şuranın qanunsuz aksiyasının təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

“Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqa zidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG