Accessibility links

Baş epidemioloq: “Azərbaycanda “donuz qripi” qeydə alınmayıb”


“Azərbaycanda “donuz qripi” yoxdur. Ölkə ərazisində donuz qripinin vuirusları da aşkar edilməyib.” Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.

Azərbaycanla həmsərhəd ölkələrdə, Gürcüstanda, Ermənistanda və Rusiyada “donuz qripi” yayılıb. Gürcüstanda “donuz qripi”ndən artıq on beş, Ermənistanda bir nəfər ölüb, Rusiyada isə yoluxma halları qeydə alınıb.

Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi

Baş epidemioloq deyib ki, ölkədə “donuz qripi” yayılarsa və epidemik həddi ötərsə vaksinasiyaya başlanıla bilər.

“Səhiyyə nazirinin bununla bağlı xüsusi əmri var. Azərbaycan səhiyyəsi “donuz qripi” ilə mübarizə aparmağa qadirdir”, o qeyd edib.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir.

“Bununla bağlı tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, Respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib”.

Sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir.
Səhiyyə Nazirliyinin məlumatından

Nazirlik bildirir ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.

Bu il yanvarın 7-dək Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olmuş, donuz qripi aşkar olunmayıb.

1 nömrəli Respublika Kliniki Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin baş həkimi Mahir Rəhimov “donuz qrip”nin əlaqəmtləri haqqında bildirib ki, qrip virusların əlamətləri oxşardır.

“Sadəcə olaraq “donuz qripi”nə yoluxanlar arasında ölüm hallarının olmasına səbəb stafilokok mikrobdur. Belə xəstələrin ölümünə səbəb qeyd etdiyimiz mikrobla yanaşı pnevmaniya halıdır “.

Rəhimov bildirib ki, hazırda donuz qripinə görə vaksinlər olmasa da, mövsümü qriplərə qarşı vaksin mövcuddur.

Ölkənin nəzarət-buraxılış məntəqələrində potensial “donuz qripi” daşıyıcılarını üzə çıxaracaq xüsusi avadanlıq quraşdırılıb.
Səfər Mehdiyev, Dövlət Gömrük Komitəsinin sədri

Baş həkim xəstəlikdən qorunma yollarından danışarkən bildirib ki, ilk olaraq gigiyenik qaydalara əməl etmək lazımdır.

“Əlləri tez-tez yumaq, 3 qatlı maskalardan istifadə etmək, vitamin c ilə zəngin qidalar qəbul etmək, meyvələrə daha çox üstünlük vermək tövsiyə olunur”, o qeyd edib.

Azərbaycan Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, ölkənin nəzarət-buraxılış məntəqələrində potensial “donuz qripi” daşıyıcılarını üzə çıxaracaq xüsusi avadanlıq quraşdırılıb.

Bununla yanaşı komitə sədri hansı avadanlıqdan söhbət getdiyini, qrip daşıyıcılarının tam olaraq necə müəyyən edildiyini və onlar müəyyən edildiyi halda hansı tədbirlərin görüldüyünü açıqlamayıb.

Eyni zamanda, o deyib ki, nəzarət-buraxılış məntəqələrində nəqliyyat vasitələri dezinfeksiya olunur, həmçinin karantin bölgələri müəyyən edilib.

XS
SM
MD
LG