Accessibility links

Azərbaycanda gündəlik koronavirusa yoluxanlaın sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının aprelin 19-na olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər ölüb

Azərbaycanda indiyədək ümumilikdə 301661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib, aktiv xəstə sayı 31953 nəfərdir.

Eyni zamanda Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb.

Rəsmi məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1337380, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448148 təşkil edir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 337 min 361-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 889 min 216, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 145 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG