Accessibility links

Azərbaycanda toy mərasimlərinin keçirilməsinə icazə verilib


Toy şənlikləri

İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, bunun üçün bəzi tələblərə əməl edilməlidir:

- qonaqların sayı 150 nəfərdən çox olmamalıdır.

- 50 nəfərə qədər şəxsin qatılacağı şənlik mərasimlərində COVID-19 pasportu tələb olunmur. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirak edəcəyi şənliklərdə yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Tibbi maskalardan istifadə məcburi deyil.

- xidmət göstərən heyət (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidir.

- Şənlik mərasimi keçirilən müəssisənin sahibi tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumatları icaze.e-gov.az portalına daxil etməlidir.

Bundan əlavə Operativ Qərargahın məlumatında deyilir ki, şənlik mərasimləri zamanı müntəzəm yoxlamalar aparılacaq. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə təşkil olunacaq.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 956 min 663-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 931 min 642, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 025 min 021 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG