Azərbaycanda hərbi qulluqçunun təlim zamanı aldığı qəlpə yarasından öldüyü bildirilir.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəsmi məlumat yayıb.
Məlumata görə, noyabrın 4-də Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu ölüb:
“AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası almış hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.”
Hələlik, həlak olan hərbi quluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.