Accessibility links

Azərbaycanda iş yerlərində, ictimai iaşə və təhsil müəssisələrində COVID-19 pasportu tələb olunacaq


Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən sentyabrın 1-dən dövlət orqanlarında, habelə bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrində işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunacaq.

Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən (ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində) yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcək.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 461 min 701-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 616 min 230, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 845 min 471 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi sentyabrın 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG