Accessibility links

Azərbaycanda ictimai fəallar şəxsi həyatlarına müdaxilə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib


Nərmin Şahmarzadə
Nərmin Şahmarzadə

İctimai fəal Nərmin Şahmarzadə şəxsi həyatına müdaxilə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

Fəal hesab edir ki, bu, Bakıda feministlərin 8 mart aksiyası ilə bağlı olub. Aksiyanın təşkilatçılarından biri də Şahmarzadə idi.

“Aksiyadan sonra profilim ələ keçirilib, polislə və hakimiyyətlə bağlı tənqidlər, video görüntülər silinib. Daha sonra "Messenger"dən götürülən özəl həyatımla bağlı yazışmalar saxtalaşdırılıb: onların məzmununa, tarixinə əl gəzdirib yayırlar. Həmçinin, yayılan yazışmada qeyd olunmuş telefon nömrəmin də yayılması nəticəsində telefonuma çoxlu təhqiramiz, hədə-qorxu dolu mesajlar, ard-arda zənglər gəlir,” fəalın bəyanatında deyilir.

Bununla əlaqədar o, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edərək, baş verənləri cinayət adlandırır və “təqsirkarları tapmağın və cəzalandırmağın dövlətin vəzifəsi olduğunu” xatırladır.

“Kütləvi informasiya vasitələrində cinayət barədə gedən məlumatlar cinayət işinin başlanması üçün əsasdır. Ayrıca, cinayət işinin qaldırılması üçün məhkəməyə müraciət edəcəyəm,” Şahmarzadə qeyd edir.

Amma o, vətəndaşların hüquqlarının keşiyində durmalı olan güc qurumlarını cinayətkarları tapıb məsuliyyətə cəlb etməyə çağırır.

“Əks halda, bu cinayətin arxasında dövlət qurumlarının dayandığı qənaətinə gəlməyim üçün hər cür əsas olacaq,” Şahmarzadə qeyd edib.

Şahmarzadənin yazışmalarında adı keçən ictimai fəal Bəxtiyar Hacıyev də adı çəkilən idarələri şəxsi həyatına müdaxilə və onun haqqında yalan məlumatlar yayılması faktını araşdırmağa çağırıb.

Dünən o, ombudsman Səbinə Əliyeva ilə də görüşüb və obyektiv araşdırılma aparılmasına yardım etməyi xahiş edib.

Hacıyev görüşün yekunlarından məmnunluğunu ifadə edib.

“Ombudsman şikayətimi qəbul etdi və hüquq-mühafizə orqanlarına müraciət etməyi, məsələni nəzarəti altında saxlamağı vəd etdi,” o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG