Accessibility links

Azərbaycanda iki jurnalist, bir dövlət məmuru minaya düşərək həlak olub


Azərbaycanda iki jurnalist minaya düşərək həlak olub

Bu gün, iyunun 4-də Azərbaycanın iki jurnalisti, bir nəfər icra nümayəndəsi azad edilmiş Kəlbəcər rayonunda (Bakıdan 440 kilometr qərb) minaya düşərək həlak olub, bir neçə nəfər yaralanıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

"4 iyun 2021-ci ildə xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib," birgə məlumatda qeyd edilir.

Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG