Accessibility links

Azərbaycanda ilk dəfə əlilliyi olan şəxslər üçün moda günü keçiriləcək


ABŞ-ın Azərbaycandakı səfirliyi
ABŞ-ın Azərbaycandakı səfirliyi

Kekalove Adaptive startapının təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi və Fairmont Baku otelinin ev sahibliyi ilə regionda ilk dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçirilicək. Tədbir iyunun 6-da keçiriləcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir.

“Şounun ardınca əlilliyi olan şəxslərin əsas problemlərini işıqlandırmaq və vacib məsələlər barəsində dialoqu gücləndirmək məqsədilə bir neçə panel müzakirələri keçiriləcək. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Con Hussay də çıxış edəcək,” ABŞ Səfirliyi qeyd edir.

Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big Ib dea biznes müsabiqəsinin beynəlxalq qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu moda şousu startapın bu qəbildən sayca ilk tədbiridir.

XS
SM
MD
LG