Accessibility links

Azərbaycanda indiyədək 14 jurnalist koronavirusdan vəfat edib


“Azərbaycanda indiyədək 14 jurnalist koronavirusdan vəfat edib.”

Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Bu gün jurnalistlər koronavirusdan vəfat etmiş daha bir jurnalistlə vidalaşıb. Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri idi. Əşrəfoğlu Bakıda “Yeni Klinika”da müalicə alırdı.

Mətbuat Şurasının sədrinin sözlərinə görə, ölkədə indiyədək 300-dən çox jurnalist koronavirusa yoluxub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG