Accessibility links

Azərbaycanda isti havalar davam edir


Azərbaycanda isti hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 11-14-də ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40 dərəcə, bəzi yerlərdə 41-42 dərəcə isti, respublikanın rayonlarında 35-40 dərəcə isti, Naxçıvan MR-in və aran rayonlarının bəzi yerlərində 42-43 dərəcəyədək yüksələcəyi gözlənilir.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcəisti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 12-14-də Abşeron yarımadasında davam edən isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26 dərəcəisti, gündüz 36-41 dərəcə bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG