Accessibility links

Azərbaycanda iyunun 21-dən iyulun 5-dək sərt karantin rejimi tətbiq ediləcək


Karantin rejimi

Baş nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən yuxarıda adları sadalanan şəhər və rayonda iyunun 21-dən iyulun 5-dək məhdudiyyətlər tətbiq ediləcək.

Qərarda deyilir ki, bir çox iş və xidmət sahələrində fəaliyyət dayandırılacaq.

Belə ki, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət), təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi dayandırlır.

Qərara görə, dövlət və hökumət orqanlarının, yerli icra hakimiyyətlərinin, tibb xidmətlərinin, hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşlarına, vəkillərə, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına və Milli Məclisin deputatlarına xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilir.

Bir sıra fəaliyyət sahələri, o cümlədən kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Vətəndaşlar isə yaşayış yerini və olduğu yeri tərk etmələri üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər.

Vətəndaşlara evlərini tərk etmək üçün 3 halda iki saat müddətində icazə verilir. Bunlara tibbi zərurət yarandıqda, ərzaq və digər zəruri tələbat malları almaq və dəfn mərasimində iştirak halları daxilidir.

XS
SM
MD
LG