Accessibility links

Azərbaycanda jurnalist araşdırma yazısına görə cərimələndiyini bildirib


Dekabrın 18-də jurnalist Səxavət Məmmədov Baş Prokurorluğa dəvət olunub, sonra isə məhkənin qərarı ilə 500 manat cərimələnib.

Bu barədə jurnalistin özü məlumat verib.

“Dekabrın 18-də Yenicag.az saytında gedən son yazılarla bağlı Baş Prokurorluğa dəvət edildim. İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi,” jurnalist bildirib.

Onun sözlərinə görə, bütün bunlar orduda baş verənlərlə bağlı son yazdığı araşdırmalarla bağlıdır.

Jurnalist qeyd edib ki, Baş Prokurorluqda təzyiqlə üzləşməyib.

“Məhkəmədə hakim vəkil istəyib-istəmədiyimi soruşdu, o vaxt kimisə narahat etmək istəmədim, özüm-özümü müdafiə etdim. Hakim yazıda rüşvətə toxunmağımla bağlı suallar verdi. Faktiki olaraq yazıda kimin kimə rüşvət verməsini yazmamışdım. Düşünürlər ki, ordunu gözdən salmağa çalışıram. Belə bir istəyim, arzum, niyyətim olsaydı, müharibə dövründən gözəl şərait var idi? Nəinki 44 günlük müharibə dövrü, birinci müharibənin araşdırmasında da ancaq qalib gəlinən döyüşləri, əməliyyatları yazmışam."

Jurnalist vurğulayıb ki, məhkəmə qərarını alandan sonra növbəti addımımın nə olacağına qərar verəcək.

Məsələ ilə bağlı Baş Prokurorluq hələ şərh verməyib.

Öz növbəsində, media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, Səxavət Məmmədin araşdırma yazısına görə prokurorluğa çağırılması və sonra məhkəməyə aparılıb İnzibati Xətalar Məcəlləsinin 388-1- ci maddəsi ilə cazalandırılması ifadə azadlığına qarşıdır.

"Yeni Media Qanunu layihəsini tərifləyənlər nəzərə alın ki, bu 388-ci maddə təriflədiyiniz layihənin 15-ci maddəsinə məhz qalan jurnalistləri cəzalandırmaq üçün "bəh-bəhlə" yerləşdirilib. (15.1.7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına). Media Qanunu layihəsi qəbul olmadan prokurorluq artıq bunu əlində bayraq edib, heç bir məhkəmə araşdırması aparmadan, jurnalisti cəzalandırmaq üçün məhkəməyə zəruri "göstərişini" verib və dərhal yazının analizi aparılmadan, onun hansı hüquqa zidd olduğu, hansı sirri yaydığı müəyyən olunmadan cəzalandırılıb”- deyə,o bildirib.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG