Accessibility links

Azərbaycanda karantin rejimi mayın 4-dək uzadılıb


Nazirlər Kabineti
Nazirlər Kabineti

Azərbaycanın Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin mayın 4-dək uzadılması barədə qərar qəbul edib.

Baş nazir Əli Əsədov həmçinin ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) təxirə salınması barədə sərəncam imzalayıb.

Nazirlər Kabineti Azərbaycanın İran və Gürcüstanla dövlət sərhədinin mayın 4-dək müvəqqəti bağlı saxlanılması barədə də qərar qəbul edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, Nazirlər Kabinetinin 2 aprel tarixli qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması mayın 4-dək uzadılıb.

“Bununla belə uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək hətta uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna deyildir. COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür,” Operatriv Qərargah bildirir.

Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 28 fevraldan indiyədək 1373 nəfər bu xəstəliyə tutulub, 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib. Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86607 test aparılıb.

Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə 8103 nömrəsinə SMS məlumat göndərilməlidir. Yalnız SMS sorğusuna müsbət cavab aldıqdan sonra küçəyə çıxmaq mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG