Accessibility links

Azərbaycanda karantin rejimi noyabrın 1-dək uzadılıb, koronavirusdan 43 nəfər vəfat edib


Karantin rejimi

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4 241 yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 413 min 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 min 230 nəfər müalicə olunaraq sağalıb, 5 min 512 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 min 244 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 871, bu günə qədər isə ümumilikdə 4 milyon 414 min 517 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 594 min 858, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 990 min 54, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 604 min 804 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq ediləcək. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılacaq.

Bu gün baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin noyabrın 1-dək uzadılması barədə qərar qəbul edib.

Bu gün, avqustun 28-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtda 550 küçə dezinfeksiya olunub.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG