Accessibility links

“Azərbaycanda keçirilən seçkilərdə həqiqi rəqabət və seçim olmayıb”


ATƏT-in seçki müşahidə missiyası
ATƏT-in seçki müşahidə missiyası

“Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alınıb.”

Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda fevralın 9-da keçirlən növbədənkənar parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir.

“Seçkilərdə həqiqi rəqabətin qarşısı alınıb”- Beynəlxalq seçki müşahidə qrupu
please wait

No media source currently available

0:00 0:05:00 0:00

Sənəddə deyilir ki, bəzi perspektivli insanların öz namizədliyini irəli sürmək hüququ imtina edilsə də namizədlərin qeydiyyatı tam əhatəli olub.

Çox təəssüf edirəm ki, əldə edilə biləcək irəliləyişlər həqiqi demokratik seçkilərə imkan yaradan rəqabət mühiti ilə nəticələnməyib.
Artur Gerasimov, müşahidə qrupunun rəhbəri


“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticə yönümlü seçimlə təmin olunmayıb.”

Bəyanatda bildirilir ki, bir çox namizədlər seçicilərə çatmaq üçün sosial mediadan istifadə edib, lakin bu, ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının işıqlandırılmasının yoxluğunu kompensasiya edə bilməyib.

“Çox təəssüf edirəm ki, əldə edilə biləcək irəliləyişlər həqiqi demokratik seçkilərə imkan yaradan rəqabət mühiti ilə nəticələnməyib. Seçki günü səslərin sayılması məyusedici olub. Bəzi real dəyişikliklərə ümid edərdim. Ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının ciddi işıqlandırılmaması, ictimai debatların və televiziyada debatların olmaması cəmiyyətin seçkilərə diqqətinin az olmasının səbəblərindən biridir,” ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov bildirib.

O deyib ki, Ermənistanla münaqişənin bu ölkədə seçkilərin təşkilinə necə təsir etdiyini yaxşı bilir və məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirir.

“Seçki administrasiyası resurslarla yaxşı təmin olunub və qanuni müddətlərə cavab verir. Mərkəzi Seçki Komissiyası (MSK) şəffaf fəaliyyət göstərmək üçün razılaşdırılmış səylər göstərdi və beynəlxalq müşahidəçiləri xoş qarşıladı. Bununla belə, səsvermə günü səslərin sayılması və hesablanması zamanı əhəmiyyətli qayda pozuntuları ilə müşaiyyət olunan səsvermə prosesində bəzi nöqsanlara yol verilib və bunlar nəticələrin düzgün əldə edilib-edilməməsi mənasında narahatlıqlar doğurur.”

"Namizədlərin əksəriyyəti hakim partiya kimi alternativ proqramlar və ya fikirlərlə çıxış edə bilməyib və ümumilikdə təbliğat-təşviqat kampaniyası rəqabətli mübarizə mühitində keçməyib, seçicilər həqiqi seçimini təmin etmək üçün zəruri olan siyasi iştirakdan məhrum olub. İfadə, sərbəst toplaşmaq, birləşmək, hərəkət azadlıqları, məlumat əldə etmək və siyasi həyatda iştirak etmək hüquqlarının konstitusiya təminatlarına baxmayaraq, bu azadlıqlar əsas qanunvericiliklə ciddi şəkildə məhdudlaşdırılır," bəyanatda qeyd edilir.

ATƏT-in seçki müşahidə missiyası mətbuat konfransı keçirib
ATƏT-in seçki müşahidə missiyası mətbuat konfransı keçirib

AŞPA nümayəndə heyətinin rəhbəri Frank Schwabe deyib ki, seçkilərə hazırlıq işində bəzi irəliləyişlərə baxmayaraq, səslərin sayılması prosedurlaırnda geniş yayılmış pozuntular ümumilikdə səsvermənin nəticələri ilə bağlı ciddi narahatlıq doğurur.

"İlqar Məmmədov və digərlərinin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və Avropa Şurasının təkrar müraciətlərinə zidd olaraq, bir sıra potensial namizədlərin seçkilərdə iştirakına imkan veriləyib."

Sənəddə deyilir ki, DTİHB və Avropa Şurasının Venesiya Komissiyasının fundamental azadlıqlar, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı çoxsaylı tövsiyələrinə hələ də əməl olunmayıb. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sərbəst seçki hüququnun pozulmasına dair 23 iş üzrə qərarı icra olunmayıb və bu bəzi potensial namizədlərin seçkilərdə iştirakına mane olub. Digər səbəblər sırasında partiyalar arasında razılaşmalar və yerli hakimiyyət orqanları tərəfindən edilən təzyiqlər nəticəsində qeydə alınan namizədlərin 19 faizi namizədliyini geri götürdükdən sonra seçkilərdə 1314 namizəd iştirak edib.

İfadə, sərbəst toplaşmaq, birləşmək, hərəkət azadlıqları, məlumat əldə etmək və siyasi həyatda iştirak etmək hüquqlarının konstitusiya təminatlarına baxmayaraq, bu azadlıqlar əsas qanunvericiliklə ciddi şəkildə məhdudlaşdırılır.
Bəyanatdan sitat


Ənənəvi media seçiciləri iddiaçılar və onların platformaları ilə təmin etməyib və təbliğat-təşviqat tədbirləri televiziya kanalları vasitəsi ilə işıqlandırılmayıb. Seçki ilə bağlı xəbərlərin yayılması MSK-nın fəaliyyəti ilə bağlı xəbərlərlə kifayətlənib.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Elona Hoxha-Gjebrea deyib ki, seçkilərdə təəssüf ki, qadın namizədlərin iştirak səviyyəsi aşağı olub.

“Mənə aydındır ki, qadınların ictimai və siyasi həyatda iştirakını təşviq etmək və gənclərin fəallığını artırmaq üçün daha çox səy tələb olunur. Bu, bütövlükdə Azərbaycan demokratiyasının genişlənməsi istiqamətində uzunmüddətli təsir göstərə bilər. Qeydiyyata alınan 55 siyasi partiyanın heç birinə qadın rəhbərlik etmir və namizədlərin yalnız 21 faizi qadınlardır. Qadınların namizədliyini irəli sürməsi üçün heç bir hüquqi tələb mövcud deyil.”

“89 mindən çox yerli müşahidəçi MSK və aşağı komissiyalar tərəfindən akkreditə edilib. Onların 62 faizindən çoxu iştirakçıların nümayəndələri, 34 faizi müstəqil müşahidəçilər, cəmi 4 faizi qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülənlərdir. Bəzi mustəqil müşahidəçilər qrupunun siyasi mənsubiyyətinin olması və ya müstəqilliyinin olmaması əhəmiyyətli narahatlıq doğurur. MSK tərəfindən cəmi 883 beynəlxalq müşahidəçi qeydə alınıb,” sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG