Accessibility links

Azərbaycanda Konstitusiya Günüdür


Azərbaycan Respublikasının Konstitusiyası

Bu gün, noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd edilir.

Müstəqillik dövrünün konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib.

Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.

Amma 26 il ərzində Azərbaycan Konstitusiyasına üç dəfə - 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

2002-ci il konstitusiya dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi ləğv edilib və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu alıb. Buna qədər Azərbaycan parlamentində deputat yerlərinin beşdə biri, 25 deputat proporsional sistemlə seçiliib.

2009-cu il referendumunda bir şəxsin ardıcıl olaraq iki dəfədən çox prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Bundan sonra prezident İlham Əliyev üçüncü və dördüncü dəfə bu vəzifəyə seçilib.

2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Ölkədə vitse-prezidentlik institutu təsis edilib. Bundan bir il sonra - 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən İlham Əliyev öz həyat yoldaşı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin edib. Digər vitse-prezidentlər hələ də təyin edilməyib.

2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, 2016-sı ildən artıq iş günüdür.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG