Accessibility links

Azərbaycanda koronavirus infeksiyasına 1346 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 346 yeni yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 67 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 50 009 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib, aktiv xəstə sayı 16 516 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 592, ötən müddət ərzində isə ümumilikdə 1 457 177 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə noyabrın 7-dən noyabrın 23-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyət dayandırılıb. Noyabrın 23-dək bu rayonlarda ictimai nəqliyyatın fəaliyyəti də bütövlükdə dayandırılıb.

XS
SM
MD
LG