Accessibility links

Azərbaycanda koronavirus infeksiyasına son sutkada 80 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının oktyabrın 1-də olan açıqlamasına görə,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

“Azərbaycanda indiyədək ümumilikdə 40309 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38068 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib, aktiv xəstə sayı 1648 nəfərdir.”deyilir.

Ölkədə son sutka ərzində 5542, hazırkı dövrədək isə 1121290 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtddan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilib.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.

Sentyabrın 14-də Bakıda metronun hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.

Şərhlərə bax

XS
SM
MD
LG