Accessibility links

Azərbaycanda koronavirus infeksiyasına yoluxmada kəskin artım var


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

“Hazırkı dövrədə ölkədə 43 min 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 990 nəfərdir” - deyə, məlumatda qeyd edilib.

Ötən müddət ərzində 1 milyon 201 min 924 test aparılıb. Bugünkü test sayı isə 8 054-dür.

Oktyabrın 13-də Azərbaycan Nazirlər Kabineti ​Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışı dayandırıb.

Oktyabrın 14-də Azərbaycan Nazirlər Kabineti Lənkəran və Quba rayonunun bəzi kəndlərinə də giriş-çıxışın dayandırılması ilə bağlı qərar qəbul edib.

Bu qərara əsasən, operativ, xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə, Şıxəkəran kəndlərinə, Quba şəhərinə və bu rayonun Rustov, Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.

Qərar 2020-ci il oktyabrın 15-i saat 00:00-dan qüvvəyə minib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG