Accessibility links

Azərbaycanda koronavirus səbəbindən Aşura günündə məscidlərə giriş məhdudlaşdırılıb


“Fatimeyi Zəhra” məscidində aşura mərasimi keçirilib

Azərbaycanın şiə müsəlmanları bu gün, avqustun 19-da Aşura gününü qeyd edir.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq uzun müddətdir ibadətgahlara giriş məhdudlaşdırılıb.

Bü səbəbdən bu gün bütün məscidlərin ətrafında polis patrulları müşahidə edilib. Dindarlardan ibarət kiçik qruplar məscidlərə yürüş etsələr də, polis onları xəbərdar edib. İnsident qeydə alınmayıb.

Eyni zamanda Aşura günü münasibət ilə çoxsaylı insan qanvermə aksiyalarında iştirak edib.

Aşura Hicri tarixi ilə Məhərrəm ayının 10-cu günündə keçirilir. Aşura – şiələrin Məhəmməd peyğəmbərin nəvəsi, imam Əlinin oğlu, 680-ci ildə tərəfdarları ilə birgə Kərbəla yaxınlığında (indiki İraq) əməvilər ilə qeyri-bərabər döyüşdə qətlə yetirilən Hüseynin xatirəsinə keçirilən mərasimdir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG