Accessibility links

Azərbaycanda iki nəfər koronavirus təhlükəsi ilə karantinə alınıb


Azərbaycanda 2 nəfər koronavirus xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında bildirilib ki, Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-də yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

"Onlar 1995 və 1998-ci il təvəllüdlü Azərbaycan və İran vətəndaşlarıdır. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədən hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir."

Səhiyyə Nazirliyi bu barədə məlumatı rəsmi Facebook səhifəsində yayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG