Accessibility links

Azərbaycanda koronavirusa ən çox yoluxma - 257 nəfər yoluxub, 3 nəfər vəfat edib


Koronavirus-sosial məsafə
Koronavirus-sosial məsafə

Mayın 30-da Azərbaycanda koronavirus infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. İnfeksiyaya yoluxanların sayı dünən yoluxanlardan 27 nəfər çoxdur. Beləliklə, son üç gündə 678 nəfər yoluxub və bu, pandemiya dövründə günlər üzrə ən yüksək həddir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.

1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294 264 test aparılıb.

Koronavirus
Koronavirus

Mayın 29-da Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb.

Eyni zamanda mayın 31-dən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib,- dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunub, iri ticarət mərkəzləri və “Mall”lar, restoranlar, kafelər, çay evləri açılıb. Açıq havada idman tədbirlərinə (tamaşaçılarsız) icazə verilib.

Xatırladaq ki, karantin qaydalarını pozanlar qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti daşıyır. Nazirlər Kabineti cərimələrin miqdarını artırmaq üçün Milli Məclisə müraciət edəcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, şənbə və bazar günləri sərt tədbirlərin həyata keçirilməsi gündəmdədir.

“Yaxın günlərdə yoluxma sayı artarsa, respublika üzrə qısamüddətli qadağa tətbiq edilə bilər,” o qeyd edib.

Koronavirus pandemiyası ilə əlaqədar martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim iyunun 15-dək qüvvədədir.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Sonrakı həftələrdə karantin rejimi bir neçə dəfə yüngülləşdirilib.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

Bununla yanaşı, Azərbaycan hökuməti mayın 22-də sərhədlərin tədricən açılması və təyyarə uçuşlarının bərpası üçün proqram hazırladığını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG