Accessibility links

Azərbaycanda koronavirusa antirekord yoluxma - 946 nəfər


Azərbaycanda bu gün, oktyabrın 25-də koronavirus infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu ölkədə COVİD-19 aşkarlanandan sonra yeni antirekorddur.

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumatına görə, son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

Oktyabrın 25-də COVİD-19 statistikası
Oktyabrın 25-də COVİD-19 statistikası

Hazırkı dövrədək ölkədə 49 min 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 279 nəfər müalicə olunaraq sağalıb, 671 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 009 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 291 min 534 test aparılıb. Bugünkü test sayı isə 10 037-dir.

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində noyabrın 2-dək tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG