Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı 1017 nəfər artıb, 25 nəfər vəfat edib


Azərbaycanda son sutkada COVID-19 infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 259 476 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3 538 nəfər vəfat edib, aktiv xəstə sayı 18 600 nəfərdir.

Son sutka ərzində 14 099, hazırkı dövrədək isə 2 858 773 test aparılıb.

Son günlər ölkədə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Belə ki, son sutkada yoluxanların sayı 1017 nəfər artıb. Martın 29-da COVİD-19-a yoluxanların sayı 1129 nəfər olub.

Müşahidəçilər yoluxma hallarının davam etdiyi halda xüsusi karantin rejiminin sərtləşdiriləcəyini istisna etmir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Hazırkı dövrədək koronavirus infeksiyasına qarşı 536 min insan peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG