Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı 8 mini keçib


Azərbaycanda koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 5 nəfər vəfat edib.

Bu barədə iyunun 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

"İndiyədək ölkədə ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir," deyə məlumatda qeyd edilir.

Qərargahdan açıqlamaya görə, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5 min 809, ötən müddət ərzində isə ümumilikdə 349 min 200 test aparılıb.

Xatırlatma

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

XS
SM
MD
LG