Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

Son gündə yoluxanların sayı 100 nəfər artıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutka ərzində koronavirus infeksiyasından 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib. Aktiv xəstə sayı 9118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 5 251 051, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 053 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 197 491 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG