Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir


Koronavirus
Koronavirus

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1289 yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb. Dünən, avqustun 6-da ölkədə 1242 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 350 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 334 min 667 nəfər müalicə olunaraq sağalıb, 5056 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 882 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 625 bu günə qədər isə ümumilikdə 4 milyon 107 min 190 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 370 min 768-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 129 min 512, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 241 min 256 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

XS
SM
MD
LG