Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı azalır, ölənlərin sayı çoxalır


Koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 2447 yoluxma faktı qeydə alınıb, 3428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447 min 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 min 977 nəfər müalicə olunaraq sağalıb, 5920 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 min 828 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 530, bu günə qədər isə ümumilikdə 4 milyon 578 min 600 test icra olunub.

Son günlər koronavirusa yoluxnların sayı iki minədək azalıb, xəstəlikdən sağalanların sayında da min nəfərdən çox artım qeydə alınıb. Amma, ölüm hallarında azalma yoxdur.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında görə, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 307 min 149, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 391 min 664, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 915 min 485 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG