Accessibility links

Azərbaycanda koronavirus infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 230 296 nəfər koronavirusa yoluxub. Onlardan 223 475 nəfər müalicə olunaraq sağalıb, 3 136 nəfər vəfat edib, aktiv xəstə sayı 3 685 nəfərdir.

Son sutka ərzində 3 984, bu günə qədər isə 2 412 034 test aparılıb.

Yanvarın 18-dən başlayaraq ölkədə Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatacaq.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.


XS
SM
MD
LG