Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı bir gündə 218 nəfər artıb


Martın 10-da Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 515 yeni fakt aşkar edilib, 201 nəfər sağalıb, 7 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ümumilikdə Azərbaycanda 237 775 nəfər yoluxub, onlardan 230 116 nəfər müalicə olunub, 3 257 nəfər vəfat edib, 4 402 aktiv xəstənin müalicəsi davam edir.

Son sutkada 8462 test keçirilib.

Azərbaycanda son günlər koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Belə ki, martın 9-da 297 yeni yoluxma faktı qeydə alınıbsa, bu gün yoluxanların sayı 218 nəfər artıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 428 635 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG