Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkədə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 301 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 228 min 024 test aparılıb. Bugünkü test sayı isə 9 089-dür.

Sentyabrın 18-də koronavirus statistikası
Sentyabrın 18-də koronavirus statistikası

Ölkədə koronavirusa yoluxma halı artmaqda davam etməkdədir. Son günlər yoluxma halı bir neçə dəfə artıb. Dünən 528 nəfər COVİD-19 infeksiyasına yoluxub.

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində noyabrın 2-dək tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG