Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanlardan çoxdur


COVİD-19
COVİD-19

Oktyabrın 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Oktyabrın 9-da COVİD-19 statistikası
Oktyabrın 9-da COVİD-19 statistikası

Azərbaycanda indiyədək ümumilikdə 41519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1785 nəfərdir.

Ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 116 2062 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG