Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanlardan 4 dəfə çoxdur


Oktyabrın 13-də Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı 277 yeni hal qeydə alınıb, 64 nəfər sağalıb, 3 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Ümumilikdə Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma ilə bağlı 42381 fakt aşkar edilib. Onlardan 39 468 nəfər müalicə olunub, 612 nəfər vəfat edib, 2301 nəfər aktiv xəstə müalicəsini davam etdirir.

Cəmi 1 187 136, o cümlədən son sutka 6 865 test keçirilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG