Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanlardan iki dəfə çoxdur


Koronavirus
Koronavirus

Oktyabrın 10-da Azərbaycanda koronavirus infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, daha 106 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 41,752 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib. Aktiv xəstə sayı 1,909 nəfərdir.

Ötən müddət ərzində 1,169,656 test aparılıb. Bugünkü test sayı isə 7,594-dür.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

XS
SM
MD
LG