Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların sayı son sutkada iki dəfə artıb


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Bu dünən yoluxanların sayından 196 nəfər çoxdur. Belə ki, iyulun 26-da ölkədə 272 şəxs koronavirusa yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259 nəfər müalicə olunaraq sağalıb, 5011 nəfər vəfat edib, aktiv xəstə sayı 3913 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 895, ötən müddət ərzində isə ümumilikdə 3 992 592 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 4 632 349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 686 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 945 857 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi sentyabrın 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib. Bununla yanaşı, sentyabrın 1-də ölkədə dövlət, təhsil, səhiyyə, ictimai iaşə müəssisələrinə giriş COVİD-19 pasportu ilə olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG