Accessibility links

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir


Martın 28-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 256 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3 491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 559 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 837 min 044 test aparılıb. Bugünkü test sayı isə 10 590-dır.

Ölkədə koronavirusa yoluxanların və ölənlərimn sayı artmaqda davam edir. Belə ki, dünənə nisbətən infeksiyaya yoluxanların sayı 141, vəfat edənlərin sayı 5 nəfər artıb. Martın 27-də 1690 nəfər koronavirusa yoluxub, 19 nəfər vəfat edib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb. Hazırkı dövrədək koronavirus infeksiyasına qarşı 526,401 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həft əsonu, istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG