Accessibility links

Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada 403 nəfərin koronavirusa yoluxması qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 236 768 nəfər koronavirusa yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, aktiv xəstə sayı 3 809 nəfərdir.

Son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.

Martın 6-da Azərbaycanda koronavirus infeksiyasına 353 yoluxma faktı qeydə alınıb. Göründüyü kimi, bu gün 50 nəfər daha çox insan infeksiyaya yoluxub. Ümumilikdə son günlər yoluxma halları tədricən artmaqda davam edir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG