Accessibility links

Azərbaycanda koronavirusa yoluxmada yeni antirekord-1095 nəfər yoluxub, 12 nəfər vəfat edib


Koronavirus

Oktyabrın 31-də Azərbaycanda koronavirus infeksiyasına 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 55269 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 43543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib, aktiv xəstə sayı 10996 nəfərdir.

Azərbaycanda son sutka ərzində 11441, hazırkı dövrədək isə 1352907 test aparılıb.

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

XS
SM
MD
LG