Accessibility links

Azərbaycanda koronavirusa yoluxmada yeni antirekord – 1849 yoluxma, 19 ölüm


Koronavirus
Koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 73 429 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 54 049 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib, aktiv xəstə sayı 18 434 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 325, ötən müddət ərzində isə ümumilikdə 1 502 707 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Noyabrın 23-dək Bakıda, Sumqaytıda, Abşeron rayonu ərazisində və bir sıra digər yaşayış məntəqələrində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti bütövlükdə dayandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG