Accessibility links

Azərbaycanda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1530 yoluxma faktı qeydə alınıb, 1864 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 min 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 min 385 nəfər müalicə olunaraq sağalıb, 8 min 4 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 114 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 863 , bu günə qədər isə ümumilikdə 5 milyon 621 min 21 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 739 min 68, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 103 min 256, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 597 min 903 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 37 min 909 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG