Accessibility links

Azərbaycanda koronavirusdan 11 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Martın 19-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 244 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 776, bu günə qədər isə ümumilikdə 2 756 457 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Operativ Qərargah bildirir ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 467 mindən çox insan peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında davam etdirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG