Accessibility links

Azərbaycanda koronavirusdan 11 nəfər vəfat edib


Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 329 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 164 nəfərdir.

Ötən müddət ərzində 3 384 053 test aparılıb. Bugünkü test sayı isə 8374-dür.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 751 050 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG