Accessibility links

Azərbaycanda koronavirusdan 11 nəfər vəfat edib


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 306 yeni yoluxma faktı qeydə alınıb, 560 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 658 nəfər müalicə olunaraq sağalıb, 8 308 nəfər vəfat edib. 10 970 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 482, bu günə qədər isə ümumilikdə 5 824 190 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 224 605, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 157 956, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 662 029, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 404 620 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG