Accessibility links

Azərbaycanda koronavirusdan 12 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından daha 720 nəfər müalicə olunaraq sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 332 min 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 319 min 991 nəfər müalicə olunaraq sağalıb, 4851 nəfər vəfat edib. Aktiv xəstə sayı 7393 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 446 min 33 test aparılıb. Bugünkü test sayı isə 10841-dir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 1 milyon 961 min 563-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 115 min 44, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 846 min 519 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG